KiV TəMSiLÇiLəRiNiN DiQQəTiNə!
ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin, Nəsimi bələdiyyəsinin, “Bələdiyyə həyatı” qəzetinin və Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatının (GiZ) təşkilatçılığı ilə “Avropa” otelinin “Balroom” zalında sentybar ayının 02-də saat 11:00-da bələdiyyə sədrlərinin iştirakıyla “əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar keçiriləcək.
Seminarin keçirilməsində əsas məqsəd prezident fərmanından sonra əmlak vergisinin yığımıyla bağlı Vergi məcəlləsinə edilən dəyişikliklər ətrafında fikir mübadiləsi etmək, bu istiqamətdə tətbiq edilən yeniliklər barədə məlumat vermək, təcrübə mübadiləsi etmək və mövcud problemlərdən çıxış yollarını müəyyən etməkdir.
Tədbirə Milli Məclis üzvləri, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, rəsmi dövlət qurumların nümayəndələri, o cümlədən Vergilər Nazirliyinın, Bakı şəhər icra Hakimiyyətinin və bu struktura aid orqanların, əmlak Komitəsinin, Statistika Komitəsinin, bank sektorunun, “Azərpoct” iB-nın, Bakı bələdiyyələrinin, habelə vətəndaş cəmiyyəti və KiV təmsilçiləri dəvətlidirlər.
Belediyye.info